28 Dekabr 2017 23:14
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanlı sənətçi və fəal Jasmin Patheja təhqir və təcavüz qurbanlarının paltarları toplayır.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Jasminə görə, Hindistanda qadınlar daha çox geyimləri üzündən təcavüzə məruz qalırlar.

"Qurbanlara verilən əsas sual belə olur: "Əyninizə nə geyinmişdiniz? Təcavüz üçün paltarın bəhanə gətirilməsi yersizdir. Topladığım hər bir geyim ağır cinayətlərə "şahidlik" edib", deyə Jasmin bildirib.

Jasminə görə, Hindistanda az qala, hər bir qadın küçədə təcavüzlə - sataşma, ələsalma, toxunma və əlləmə halları ilə - üzləşib.

Və belə hallarla bağlı qadınlara verilən suallardan həmişə belə nəticə çıxıb ki, günah təhqir və təcavüzə məruz qalan qadının özündədir - ola bilsin ki, qadının elə bir hərəkət edib ki, qarşı tərəfi ona sataşmağa sövq edib. Misal üçün, paltarı açıq-saçıq olub və ya işdən gecə saatlarında qayıdıb və s.

Jasminin kolleksiyasında olan qırmızı rəngli libas dul qadın tərəfindən muzeyə verilib. Hindli dul qadınlara qırmızı geymək qadağandır, bu libası geydiyinə görə həmin qadın tənqid edilmişdi.

Onun topladığı paltarlarda qurbanlar barədə məlumatlar qeyd olunub.


Müəllif: Teleqraf.com