11 Yanvar 2018 01:43
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları əzələli gənc kişilərin uzun yaşamaq ehtimalının digər yaşıdlarına nisbətən daha çox olduğunu müəyyən ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, isveçli alimlər 1 milyondan çox gənc kişi üzərində 24 il aparılan araşdırmalarda əzələ gücü aşağı olan, zəif ayaq və qol əzələlərinə sahib kişilərin köklük xəstəliklərinə tutulmasını, yüksək təzyiqli olduğunu və bu səbəbdən erkən ölüm risklərinin daha çox baş verdiyini müəyyən ediblər.

Araşdırmaçılar bədəni inkişaf etdirməyin, idmanla məşğul olmağın insan ömrünü uzatdığını bildiriblər.

Əzələ gücü normadan yuxarı olan gənc kişilərdə hər hansı bir səbəbdən ürək və damar xəstəlikləri və erkən ölüm hallarının 20-35 faiz az baş verdiyi qeyd edilib.


Müəllif: Sara