28 Fevral 2018 19:44
3 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin şimalında iki hissəyə bölünən inanılmaz dərəcədə parlaq UNO görünüb.

Teleqraf.com xəbər verir ki, yayılan ağ işıq kimi görünən naməlum uçan obyekt Troms əyalətinin Bardufoss şəhəri üzərində diqqət çəkib.

Heyrətə gəlmiş norveçlilər bildirir ki, UNO göydə qəfildən peyda olub. Bir çoxu onu helikopterə bənzədib.

Digərlərinin fikrinə görə isə bu, ispan peyki olan “Paz” və ya Kaliforniyada Elon Mask tərəfindən başladılan “Falkon 9”-un növbəti uçuşu olub.

Lakin sonra obyektin insan tərəfindən yaradılmadığını anlayıblar.

Hadisə şahidi Tarkvin Millington-Dreyk bildirib ki, dağın arxasından qəribə parlaq bir obyekt ortaya çıxıb:

“Biz tonqal ətrafında dostlarımızla yığışıb, şimal şəfəqini görmək ümidi ilə göyə baxırdıq. Əvvəlcə helikopterin bizə tərəf gəldiyini düşündük. Lakin dağların arxasından gələn parıldayan obyekt birdən istiqamətini dəyişdi. O, səssiz uçurdu. Bir anda obyekt partlayaraq, iki hissəyə bölündü və kəpənək görüntüsü aldı. Amma bu, normal partlayış deyildi. Bundan sonra obyekt toza çevrilərək yox oldu”.

O bildirib ki, bu şəhərdə heç kim o obyektin nə olduğunu bilmir:

“Başqa bir planetdən olan əcnəbilərmi? Bu, çox fantastik səslənir, amma həqiqətən nə mənim, nə də yoldaşlarımın başqa təxmini yoxdur”.


Müəllif: Günay Əli

Oxşar xəbərlər