MTB333 Yutub hesabında paylaşılan videoda 17 mart 2018-ci ildə Beynəlxalq Kosmos Stansiyasından (İSS) canlı yayım zamanı Yer orbitinə yaxınlaşan "naməlum obyekt”lər qrupu göründüyü iddia edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu anomaliyanı paylaşan tədqiqatçı "yaxınlaşdıqca bu gəmilər yoxa çıxdı" deyib.
Bəzi istifadəçilər bunların şimşək olduğunu iddia etsə də, şimşəyin Yer atmosferindən yuxarı qalxa biləcəyinə şübhə edirlər.
Digərləri isə əminliklə bildirir ki, bu, Yerdən qalxan və ya Çin kosmik stansiyasına aid böyük bir gəmidir.
Hətta bunun planet üzərində hava ilə nəzarət olunan meteoroloji silahlar olduğunu da iddia edənlər var.
Müzakirələr zamanı aydın olub ki, İSS həmən vaxt Hind okeanı üzərində olub.
Tayvandan olan tanınmış ufoloq Skott Uorinq isə bunun UNO olduğunu bildirib:
“UNO-lar gündə bir neçə dəfə İSS kamerasında görünür, yaxınlıqda olsanız, onları siz də görə bilərsiniz”.