55 yaşlı qadın qəzadan əvvəl 12 il birlikdə yaşadığı ərinə yenidən vurulduğunu söyləyib.
Teleqraf.com “Fox News”a istinadən xəbər verir ki, Nyu-York sakini olan qadını 2013-ci ildə polis maşını vurub.
Komadan ayıldıqda isə təqvimin 1988-ci il olduğunu düşünüb. O, ilk həyat yoldaşının ölümünü, uşaqlarını necə böyütdüyünü və 2001-ci ildə Cefflə ailə qurmasını xatırlamayıb.
“Mənim yaddaşım tamamilə itib. Mən yenidən o illərdə baş verənləri xatırlamalı oluram. Evin bütün divarlarında mənimlə Ceffin şəkilləri asılıb. O, elə möhtəşəm adamdır ki, mən bəzən ağlamağa başlayıram”.
Qeyd edək ki, Anjela Sartin-Hartunq ikinci dəfə yenidən Ceffə ərə getməyə hazırlaşdığı bildirib.