26 İyun 2018 21:57
2 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bayburt rayonunun Taxt kəndində hər kəs Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncəsə səs vermiş 1 nəfəri axtarır.

Teleqraf.com-un məlumatına görə, kənddəki 153 seçicidən cəmi bir nəfər İncəyə səs verib. Kənd sakinləri İncəyə səs vermiş həmin o şəxsi axtarır.

Səbəb isə çox maraqlıdır.

Rəcəb Təyyub Ərdoğanın qatıldığı iftar yeməyi zamanı general İsmayıl Mətin Təməlin onu alqışlamasına Məhərrəm İncə “sənin poqonlarını sökəcəyəm” deyə reaksiya vermişdi.

Bundan sonra generalın doğulduğu Taxt kəndində insanlar Məhərrəm İncənin bu sərt yanaşmasına görə tənqid etmişdilər.

Seçkinin partiyalara görə nəticələrində də Cümhuriyyət Xalq Partiyası bu kənddən cəmi 1 səs qazana bilib.

Generalın qohumu Cengiz Gürbüz bildirib ki, İsmayıl Mətinin babası İstiqlal qazisi, atası isə şəhiddir: "İncənin ona "paqonlarını sökəcəm" deməsi tərəfimizdən çox pis qarşılandı. İçimizdən kimsə İncəyə səs verib. Bizim üçün çox maraqlıdır. Həmin şəxs kimdir və niyə İncəyə səs verib?"


Müəllif: Ruslan

Oxşar xəbərlər