23 İyul 2018 00:39
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hatay şəhərinin Türkiyə Cümhuriyyətinə birləşdirilməsinin 79-cu ildönümündə şəhər bələdiyyəsi 79 metr uzunluğunda künəfə hazırlatdıraraq vətəndaşlara paylayıb.

Teleqraf.com xəbər verir ki, işğalçılara qarşı mücadilədən sonra 10 ay 20 gün müstəqil dövlət kimi fəaliyyət göstərən Hatay daha sonra Türkiyəyə birləşmək qərarı veriblər.

10 aşbazın hazırladığı künəfənin ərsəyə gəlməsi üçün 800 kilo çiy kadayıf (nəzik doğranmış hamır), 600 kilo pendir, 300 kilo kərə yağı, 300 kilo şəkər tozu, 30 kilo fıstıq istifadə edilib.

Künəfənin mətini bələdiyyə sədri Lütfü Savaş şəxsən töküb.


Müəllif: Ruslan