13 Avqust 2018 23:23
4 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 14 yaşlı Ethan Sonneborn Demokrat Partiyasından Vermont əyaləti üzrə icra nümayəndəliyinə namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, 3 namizədlə yarışacaq 14 yaşlı gənc "Vermontlular məni ciddi qəbul etməlidirlər, çünki onları qabağa aparacaq düşüncələrim var", deyə bildirib.

Sonneborn Robert F. Kennedini özünə ideal siyasətçi seçdiyini bildirib.

O, əyalət və ölkə rəhbərliyinin idarəetmə siyasətindən narazı olduğu üçün namizədliyini irəli sürdüyünü bildirib.

Vermont qanunvericiliyi 14 yaşlı yeniyetmənin valiliyə namizəd olmasını yasaqlamır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər