12 Sentyabr 2018 23:39
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın nəhəng texnoloji kompaniyası "Apple" Kaliforniyada yeni məhsullarını təqdim edib.

Teleqraf.com xəbər verir ki, 4-cü seriyalı saatlar (Watch Series 4) şirkətin təqdim etdiyi ilk məhsul olub.

"Apple"in rəhbəri Tim Kuk yeni "iPhone"lar haqqında məlumat verib.

40 və 44 millimetrlik 4-cü seriyadan olan saatlar öncəki modeellərdən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir.

Ekran 30 faiz daha böyükdür, suda qala bilir, telefona gələn zəng və mesajlar barədə məlumat verir, təzyiq, ürək döyüntüləri barədə bilgi verir, ekran zərbəyə davamlıdır. Foto, xəritə, təqvim kimi tətbiqlər saatı əvəzolunmaz edir.

Təqdimatda həmçinin 3 yeni “iPhone” modeli, yenilənmiş “MacBook Air” noutbuku və “iPad” planşeti təqdim edilib.

Saatların qiyməti 399 dollardan başlayır və 21 sentyabrdan satışa çıxarılacaq.


Müəllif: Teleqraf.com