25 Sentyabr 2018 07:02
2 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını olmasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tim Kukun sözlərinə görə, yeni modellər buraxılan ən mükəmməl smartfonlardır: “iPhone XS” və “XS Max” modelləri istifadəçi üçün bütün digər qurğuları əvəz edə bilər. Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb”.

“Apple” şirkəti tərəfindən yeni “iPhone XS”, “XS Max” və “XR” modelləri sentyabrın 12-də təqdim olunub.


Müəllif: Teleqraf.com