ABŞ-dan olan ekspertlər dünyanın ən təhlükəli spirtli içkilərini müəyyən ediblər.
Teleqraf.com xəbər verir ki, dünyanın ən təhlükəli spirtli içkisi şampan hesab olunur. Bu içki digərlərinə nisbətən daha tez zəhərlənməyə səbəb olur. Həkimlər hesab edirlər ki, şampan içkisi qara ciyər və mədə xəstəlikləri yaradır.
İkinci yerdə isə istənilən növ alkogollu kokteyllər yer alıb. Belə ki, spirtli içkilərin digər meyvəli və qazlı içkilərlə qarışdırılması həm daxili orqanlara, həm də dişlərə ciddi ziyan vurur.
Dünyanın üçüncü təhlükəli içkisi isə likördür. Bu içki insanlarda yaddaşla bağlı problemlər yaradır.
Siyahıda sondan ikinci yerdə duran pivə qrip və soyuqlama tipli xəstəliklər yaratmaqla yanaşı həm də insanlarda infarkt riskini yüksəldir.