9 Dekabr 2018 08:04
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kvadjaleyndə (Marşall adaları) balıq ovuna çıxan balıqçının toruna 48 kq ağırlığında narkotik düşüb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, "ağ toz"un kakoin olduğu ehtimal edilir.

İkiqat polietilin bükülünün içərisində olan narkotik maddə paketlərdə komplektləşdirilib. 48 kq narkotikin 4 milyon dollar dəyərində olduğu bildirilir. Kimyəvi tərkibinin tam dəqiqləşdirilməsi üçün laboratoriya təhqiqatı aparılacaq.


Müəllif: Nahid