15 Dekabr 2018 09:00
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiya Parlamenti aborta icazə verən qanun layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sözügedən qanun layihəsi bu ilin may ayında parlamentə təqdim edilib.

Katolik İrlandiyada aborta münasibət ənənəvi olaraq mühafizəkar yanaşma olmasına baxmayaraq, bunun qanuniləşdirilməsinə əhalinin 66,4% -i səs verib.

Əhalinin yalnız 33,4% -i abortun qanuniləşdirilməsinin əleyhinədir.

Yeni qanuna əsasən, İrlandiya sakinləri gestasiya dövründən 12 həftə əvvəl abort üçün müraciət edə bilərlər. Bu dövrdən sonra hamiləliyin ləğv edilməsi yalnız tibbi səbəblərdən mümkün olacaq: hamiləlik qadınların həyatı və ya sağlamlığı üçün təhlükə yaradarsa…


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər