Bakı sakini Fərid Mansurov şəxsi bağının 20 sotluq ərazisini sahibsiz itlərə bağışlayıb.
Teleqraf.com xəbər verir ki, o, burada sədaqətli heyvanlara sanki ikinci həyat bəxş olunub.
Sığınacaqda ümumilikdə 350-dək it yaşayır. Buranı "Gözəl dünya" adlandıran Fərid, sədaqətli heyvanlara sevə-sevə qayğı göstərir. Bunun üçün nə pulunu, nə də vaxtını əsirgəyir. O, sığınacaqdakı şikəst və ya xəstə itlərin normal yaşaması üçün hər cür şərait yaradıb. Üstəlik, qəhrəmanımız sahiblərinin məsuliyyətsiz yanaşdığı itləri də pulla alıb bura gətirir.
Fərid deyir ki, sığınacaqda bəslənən itlər insanlara yenidən etibar etməyi öyrənirlər.
Qeyd edək ki, istəyənlər "Gözəl dünya"dan it götürüb saxlaya bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: