1 Fevral 2019 07:18
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” sosial şəbəkəsində istifadəçilərin məlumat itkisi ilə bağlı bir sıra skandallara baxmayaraq, onun auditoriyası yüksəlməyə davam edir.

Teleqraf.com xəbər verir ki, 2018-ci ilin dördüncü rübü üzrə hesabata görə, hər gün 1,52 milyarddan çox istifadəçi “Facebook” sosial şəbəkəsindən istifadə edir ki, bu da ötən illə müqayisədə 9% daha çoxdur. Həmçinin ay ərzində 2,32 milyard istifadəçi ən azı bir dəfə sözügedən sosial şəbəkədən istifadə edir ki, bu da ötən illə müqayisədə 9% çoxdur.

Təxminən 2,7 milyard nəfər hər ay “Facebook”, “Instagram”, “WhatsApp” və ya “Messenger”dən istifadə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər