17 Fevral 2019 16:40
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar ən önəmli müzakirə mövzularından biri metalların bədənimiz və xüsusilə də beynimizdə yaratdıqları mənfi təsirlərdir.

Teleqraf.com xəbər verir ki, sağlamlığımız üçün dəmir, mis, sinkə ehtiyacımız var. Ürəyimiz bu metallar hesabına yaxşı işləyir, diş və sümüklərimiz, çoxalma və dolaşım sistemimiz, hüceyrə inkişafımız üçün bunlar bu metallar vacibdir.

Amma bu metallardan artıq istifadə etdikdə bədəndə toksin yaradır və beynimizə mənfi təsir edir. Vacib olan düzgün şəkildə və kafi miqdarda metaldan istifadə etməkdir.

Dəmir

Yetkin yaşda olanların günlük dəmir ehtiyacı 9 mq-dır. Heyvan içalatları, ətlər, quru meyvələr, quru paxlalılar, qurudulmuş pomidor və badımcanda yüksək dəmir var. Bədəndə qırmızı qan hüceyrələrinə qan verən, oksigen daşımasını təmin edən mis, protein növü olan hemoqlobinin içində var.
Eyni zamanda bədən alınan artıq dəmiri ata bilmədiyi üçün toxumalarda və orqanlarda toplanmağa başlayır. Ortaya çıxan yorğunluq, gücsüzlük və ağrı ilə özünün göstərən ürək xəstəliyi, diabet, qaraciyər xəstəliyinə səbəb olur.

Mis

Yetkinlər gündə 900 mikroqram misə ehtiyac duyarlar. Heyvan içalatları, ətlər, balıq, fıstıq, paxla, kakao, yumurta və yaşıl göyərtilərdə orta miqdarda, süd və təzə meyvələrdə isə çox miqdarda mis var.
Həddindən artıq mis tərkibli qidalardan yeyən zaman bədən içində oksidləşərək yıxıcı oksigen molekullarının istehsalını başladır. Bu da beyin hüceyrələrinə zərər verib yaşlanmanı sürətləndirir.

Sink

Yetkin yaşlarında günlük sinkə olan ehtiyacı 3 mq sinkə ehtiyacı var. Heyvan içalatları, ətlər, balıq, buğda rüşeymi, qabaq tumu, badam, çeviz və pendirdə yüksək miqdarda var. Beyin hüceyrələri bir-biri ilə rabitə qurmaq üçün sinkdən istifadə edir, amma artıq alınan sink həm toksik hala gəlir, həm də beyinə zərər verir.


Müəllif: Aytən

Oxşar xəbərlər