19 Mart 2019 00:55
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubayın düz mərkəzində, “Daun taun” rayonunda yerləşəcək “Şöhrət xiyabanı”nda əvvəl 400 məşhurun adları həkk ediləcək.

Perspektivdə burada 10 mindən çox ulduz yerləşdiriləcək. Bu, Hollivudun “Şöhrət xiyabanı”ndakından 4 dəfə çoxdur. Ulduzlar həm yerli, həm də əcnəbi mədəniyyət və idman xadimlərinin adlarını daşıyacaq. Dünyanın hər yerindən insanlar layihədə iştirak etmək üçün öz sevimli məşhurlarını təqdim edə biləcəklər.

Xiyabanın birinci növbəsi 2019-cu ilin oktyabrında açılacaq və qısa müddətdə Dubayın ən görməli məkanlarından birinə çevriləcək.


Müəllif: Teleqraf.com