9 Aprel 2019 07:05
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” şirkəti genişzolaqlı internetə çıxış qiymətinin azaldılması və Afrika qitəsində yaşayan sakinlərin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi üçün qitənin ətrafında sualtı kabel çəkməyi planlaşdırır. Bu haqda “Wall Street Journal” nəşri məlumat verib.

Teleqraf.com xəbər verir ki, üç mərhələli "Simba" layihəsi qitənin şərq, qərb və Aralıq dənizi sahillərində yerləşən bir neçə ölkənin ərazisindən keçəcək, hərçənd dəqiq marşrut hələ ki məlum deyil.

“Facebook”un nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib, ancaq bildirib ki, şirkət "sualtı kabellərdən söhbət getdikdə bütün dünyanı nəzərdə tutur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər