İranda açılan İnstaqram hesablarından biri ölkənin mühafizəkarlarını özündən çıxarıb.
Teleqraf.com xəbər verir ki, "Rich Kids of Tehran" (Tehranın zəngin uşaqları) adı ilə açılan hesabda gənclərin lüks həyatını əks etdirən fotolar paylaşılıb.
Şəkillərdə plastik əməliyyatlı qızlar, əllərində içki qədəhi olan kişilər yer alıb.