6 Avqust 2019 20:39
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşının gözü qarşısında 34 yaşlı cangüdəni Sineenat Vonqvajirapakdini hərəmxanasına rəsmən üzv qəbul etməsi ilə dünya mediasının gündəmini zəbt edən Tailand Kralı Maha Vajiralonqkornun anasının açıqlaması maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, kralın anası Sirikitin 1982-ci ildə dediyi “oğlum bir az şorgözdür” fikirləri ortaya çıxıb.

Kralın anası ABŞ-a səfəri zamanı həmin dönəmdə vəliəhd şahzadə olan oğlu barədə danışaraq “Oğlum sanki Don Juandır. Yaxşı tələbədir, amma qadınlarla çox maraqlanır, şorgözdür” ifadələrini işlədib.

Xatırladaq ki, kral 67-ci yaş günündə ordu tibb bacısı olan Sineenat kralın ayaqlarına qapanaraq rəsmi məşuqə rütbəsinə layiq görülüb, ona 4 dövlət nişanı taxılıb. 67 yaşlı kralın 3 ay öncə evləndiyi Sutida Vajiralonqkorn da mərasimdə iştirak edib. Mərasim zamanı Suthida padşahın sol tərəfində oturub və baş verənləri üzündə heç bir duyğu ifadəsi sezilmədən səssizcə izləyib.


Müəllif: Leyla

Oxşar xəbərlər