Finlandiya futbolu tarixi qərar hazırlaşır.
Teleqraf.com-un məlumatına görə, ölkənin kişi və qadın futbol millilərinin üzvləri qələbə və heç-heçələrə görə eyni mükafatı alacaq. Federasiyanın bununla bağlı qərarı yaxın gələcəkdə təsdiqləyəcəyi gözlənilir.
məsələ ilə bağlı Finlandiya Federasiyasının prezindeti Ari Lahti deyib: "Bərabər dünya yaratmaq istəyirik. Ümid edirəm ki, bu anlaşmamız medianın, azarkeşlərin və futbol ictimaiyyətinin diqqətini çəkəcək. Daha çox insanın qadın futbolunu tanımasını istəyirik".