10 Noyabr 2019 00:40
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhvə içmək qaraciyər xərçənginin inkişaf riskini iki dəfə azalda bilər.

Teleqraf.com xəbər verir ki, Belfastdakı Kvins Universitetinin bir qrup alimi bu qənaətə gəlib.

Elmi qrup yeddi il ərzində 472 min insanın iştirak etdiyi bir araşdırma üzərində işləyib. Onların 75%-dən çoxu müntəzəm qəhvə istehlak edir. Müşahidələr zamanı 3,5 mindən çox insanda bədxassəli şişlər aşkarlanıb, 88% hallarda bu, ən çox yayılmış birincili qaraciyər xərçəngi – hepatosellüler karsinoma idi.

Tədqiqatın nəticələrinə görə, bu cür şişin inkişaf riski canlandırıcı içki içənlərdə 50% azdır. Tədqiqatçılar qəhvənin bədənə bu təsirini içkinin içərisində olan antioksidanlar və kofein tərkibi ilə izah ediblər.

Bununla belə alimlər onkologiyanın inkişaf riskini azaltmağa hər şeydən əvvəl sağlam həyat tərzinin kömək edəcəyini vurğulayıblar. “Qəhvə içmək insanı qaraciyər xərçəngindən siqareti buraxmaq, spirt istehlakını azaltmaq və ya bədən çəkisini itirmək qədər qoruya bilməz”, – deyə araşdırma müəlliflərindən biri Kim Tu Tran bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər