20 Noyabr 2019 20:45
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jan-Klod Van Dammın rəsmi “Facebook” səhifəsində Qəbələnin Vəndam kəndində ona qoyulmuş heykəlin fotosu paylaşılıb.

Paylaşıma bu sözlər yazılıb:

“Azərbaycandakı Vəndam adlı bir kənddə ucaldılmış daha böyük ölçülü Jan-Klod Van Damm heykəli! Müəllif heykəltəraş Azad Əliyev. Təşəkkür edirəm”.

Bir saatdan daha az vaxtda fotonu 11 mindən çox şəxs bəyənib, yüzlərlə rəy yazılıb.


Müəllif: Teleqraf.com