Makiyaj vasitələrinin tərkibindəki kimyəvi maddələr qısa müddətdə dərini korlayır. Ancaq rusiyalı Katyanın etdiyi bu makiyajların görüntüsü qədər tərkibi də fərqlidir.
Teleqraf.com xəbər verir ki, bu qadın meyvə , tərəvəz və bitkilərdən istifadə edərək unikal görünüşlü makiyajlar yaradır.
Katyanın makiyajları tamamilə təbii olduğundan dəriyə zərər vermir.
Bitkilər, heyvanlar arasında böyüyən Katya təbiətdən ilham alıb, buna görə də etdiyi makiyajlarda təbiəti canlandırır.
O, kahı, turp, çiçəklər, çubuqlar, noxud və hər cür vasitələrdən istifadə edərək öz tərzini yaradıb.