2 Aprel 2020 01:56
3 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyi koronavirusun hava yolu ilə necə yayıldığını əks-etdirən video hazırlayıb.

Teleqraf.com xəbər verir ki, alimlərə görə, asqırıq, öskürək, eləcə də adi danışıq zamanı havaya mikro hissəciklər yayılır. Onlar uzun müddət havada qala və yaxınlıqdakı insanlara keçə bilir.

Qeyd olunur ki, ağzımızdan çıxan viruslar havada 20 dəqiqəyədək qala bilir.

Bu səbəbdən maska və eynəklərdən istifadə vacibdir.


Müəllif: Teleqraf.com