19 Aprel 2020 00:55
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış brazilyalı model Mişel Karvalyu rəfiqəsi Alisia Vial ilə evinə gedərkən, hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə Çilinin paytaxtı Santyaqoda baş verib.

Rəfiqələr binaya daxil olarkən, naməlum şəxs Karvalyunu çantasını əlindən alaraq, qaçmağa cəhd edib. Məşhur model soyğunşuya əlindəki süpürgənin sapı ilə müqavimət göstərib.

Karvalyu o anları əks etdirən görüntülərii Instagram hesabında paylaşıb və bunları yazıb:

"Hər şey 10 saniyə içində baş verdi. Heç nə düşünməyə vaxtım yox idi. Əlimdə eynək qutusu vardı, onu belə yerə qoymadan soyğunçunu sadəcə süpürgə ilə vurdum. Məni ən çox kədərləndirən şey oğru ilə mübarizə aparan iki qadını görmələrinə baxmayaraq, ətrafdakıların kömək etməməsi idi. Güman edirəm ki, bu Çilidən başqa heç bir ölkədə baş vermir".

Braziliyalı model çantanı oğrunun əlindən aldıqlarını, ancaq onun çantadan düşən cib telefonunu götürərək, qaçdığını bildirib.


Müəllif: Nahid