31 May 2020 01:06
4 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Speys X” şirkəti insan tərəfindən idarə olunan ilk raketini kosmosa buraxıb.

Teleqraf.com xəbər verir ki, kosmosa iki NASA-nın kosmonavtı – 49 yaşlı Robert Behnken və 53 yaşlı Duqlas Harli göndərilib.

Beynəlxalq Kosmik Stansiyasına səyahətin 19 saat davam edəcəyi deyilir.

Uçuş planlaşdırıldığı kimi uğurlu olarsa, 9 illik fasilədən sonra ilk dəfə ABŞ ərazisindən kosmosa kosmonavt göndərilmiş olacaq.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər