Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Los-Ancelesdə (Kaliforniya) yerləşən evlərindən birini 29 milyon ABŞ dollarına satıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, malikanə may ayında 30 milyon ABŞ dollarına satışa qoyulub.
Mask bu evi 2012-ci ildə 17 milyon ABŞ dollarına almışdı. Qəzet bildirib ki, Los-Ancelesin eyni bölgəsində İlon Maska məxsus daha beş mülk var.
Xatırladaq ki, bundan əvvəl amerikalı iş adamı bütün əmlakını satacağını bildirib.
Planetin ən zəngin insanlarının reytinqində 31-ci yeri tutan “Tesla” şirkətinin başçısı İlon Maskın sərvəti 42,4 milyard ABŞ dolları təşkil edir.