24 İyul 2020 09:14
3 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər altı yarasa növünün genetik kodlarını açıblar. Bu kodlarda yarasaları ölümcül viruslardan qoruyan immunitet sistemləri üçün genetik göstərişlər yer alır.

Teleqraf.com xəbər verir ki, tədqiqatçılar bu məlumatlardan yarasaların yoluxmadan koronavirusu necə keçirə biləcəyi sirrini açmaq üçün istifadə etməyə çalışırlar. Mütəxəssislər bunun gələcəkdə baş verə biləcək xəstəliklərlə mübarizədə də insan sağlamlığına kömək edə biləcəyini söyləyirlər.

Professor Emma Teelinq 1421 yarasa növünün genetik kodlarını kodlaşdırmağı hədəfləyən Bat1K Layihəsinin yaradıcılarından biridir. Onun sözlərinə görə, bu genlər insanlarda qocalmanı və xəstəlikləri azaltmaq üçün istifadə edilə bilən genetik həlləri müəyyənləşdirmək üçün lazım olan vasitələrdir.

Qeyd edək ki, COVID-19-un yarasalardan yayıldığı və hələ aşkarlanmayan başqa bir heyvan vasitəsilə insanlara yoluxduğu düşünülür. Sars, Mers və Ebola kimi bir sıra digər xəstəliklər də bu yolla insanlara yoluxub.

Ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər bu mövzuda yarasaların səbəbkar olmadığını və öz təbiətlərində yaşadıqda insan sağlamlığı üçün daha az təhlükə yaratdıqlarını deyirlər. Yarasalar təbiətin tarazlığı üçün də çox vacibdir. Bir çoxu meyvə toxumlarını yayır, bəzi növləri isə bir gecədə milyonlarla ton həşərat yeyirlər.


Müəllif: Aysel Azad