Moskvada sevgilisinin yaxınları tərəfindən yaxalanan gənc özünü binanın 17-ci mərtəbəsindən yerə atıb.
Teleqraf.com xəbər verir ki, hadisə Tambovski küçəsində yerləşən yaşayış binasında baş verib.
“Bu gün Tambovskaya küçəsində 14 yaşlı yeniyetmə özünü 17-ci mərtəbədən atıb. İlkin ehtimala görə, yeniyetmə şübhəli olduğu üçün polisə zəng edən sevgilisinin yaxınlarından qaçmaq istəyirmiş”.
Hadisə yerinə polis gəlib.
Mənbə bildirib ki, 17-ci mərtəbədən düşən şəxs sağ qalıb və hazırda xəstəxanandadır.