Fransanın Qərbi Bretan Universitetindən Jan-Aliks Barratın rəhbərlik etdiyi elm adamlarından ibarət qrup ötən il may ayında Əlcəzairə düşən bir asteroidin analiz işini tamamlayıb.
Teleqraf.com xəbər verir ki, fransalı alimlər meteoritin qədim bir planetə aid olduğunu bildiriblər.
Elm adamları Yerə çırpılan meteoritin aid olduğu planetin 4.565 milyarddan çox yaşının olduğunu iddia ediblər.
“Bu meteorit bu günə qədər analiz edilmiş ən qədim maqmatik süxurdur və ən qədim proto-planetləri əhatə edən ibtidai qabıqların meydana gəlməsinə işıq tutur”, - açıqlamada qeyd edilib.