Bu gün 2001 FO32 kimi qeydə alınmış asteroid Yerin yaxınlığından ötüb keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Kosmik Agentliyi NASA-nın saytında məlumat yerləşdirilib.
Alimlərin sözlərinə görə, asteroidin diametri 440-680 metr arasındadır.
Qeyd edək ki, hələ 2001-ci ildə aşkar olunan səma cismi 2052-ci ildə yenidən planetimizin yaxınlığından ötəcək.