ABŞ-ın Harvard Universitetinin müəllimi, professor Mehmet Tonerin yeni araşdırması xərçəng xəstələri üçün bir ümid olub.
Teleqraf.com xəbər verir ki, insan bədənindəki hüceyrələrin 95 faizinin qan hüceyrələri olduğunu deyən Toner hər bir xəstəliyin qanla aşkar edilə biləcəyini bildirib.
Türk professor inkişaf etdirilən texnika ilə saniyədə 300 milyon hüceyrəni araşdırmağı bacardıqlarını və aralarındakı xərçəng hüceyrələrini təsbit etdiklərini söyləyib.
Toner pandemiya səbəbiylə hazırlanan peyvəndlərdən əldə edilən təcrübənin xərçənglə mübarizədə böyük rol oynayacağını iddia edib.