9 İyun 2021 00:13
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasından (CAR) olan 37 yaşlı Qosiame Sitole eyni vaxtda 10 uşaq dünyaya gətirib və bununla da Ginnesin Rekordlar Kitabına düşüb.

Teleqraf.com xəbər verir ki, Ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeysəriyyə əməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb.

Bundan əvvəl qadın artıq əkiz uşağın anası olmuşdu. Yerli həkimlər faktı təsdiqləyəcəyi təqdirdə Qosiame eyni vaxtda ən çox uşaq dünyaya gətirən ana kimi tarixə düşəcək.

Ginnesin Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.


Müəllif: Teleqraf.com