7 İyul 2021 09:05
34 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla vilayətində dəmirçi Əhməd İftar avtomobil və motosikletin hissələrindən 2 illik əmək nəticəsində 150 ​​kiloqram ağırlığında at düzəldib.

Teleqraf.com xəbər verir ki, atın ərsəyə gəlməsi üçün ümumilikdə 3 min parça tullantıdan istifadə edilib.

O, “Zorbey” adı verdiyi atın qiymətini 50 min lirə (9,805 manat) olaraq təyin edib.

Uzunluğu 2 metr olan at iş yerinə gələn müştərilərin diqqətini çəkir. Əhməd İftar məqsədinin gələcəkdə bir sərgi açmaq olduğunu deyib: “Bu tullantılar faydasızdır və ətraf mühiti çirkləndirir. Mən də ətrafı çirkləndirməyəcək və sənətə çevriləcək düşüncəsi ilə müxtəlif fiqurlar düzəltməyə başladım.

Etdiyim şey həm də dəmir tullantılarının təkrar emal edilməsidir. Dəmirçiliyə şagird kimi başlamışam. O vaxt da sənətə maraq göstərirdim. Təxminən 10 ildir dəmir tullantılarını təkrar emal edirəm. Beləliklə, gözəl əsərlər ortaya çıxır. İş yerimə gələn müştərilər təəccüblənir. Almaq istəyirlər, amma bir qiymət qoya bilmərəm və satmağa da qıymıram. Daha çox at işim diqqət çəkir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər