12 Noyabr 2021 18:23
2 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Avril Hayns uçan naməlum obyektlərlə (UNO) bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Hayns çıxışında Yer kürəsindən kənarda intellektual həyatın mümkünlüyünü istisna edən ifadələr işlədib.

O, Konqresi məşğul edən məsələlərdən birinin uçuş narahatlıqları və əks-kəşfiyyat təhlükəsizliyi ilə yanaşı, “yadplanetlilərdən gələ biləcək təhlükə” olduğunu bildirib.

Hayns qeyd edib ki, UNO-ların düzgün araşdırıla bilməsi üçün daha yaxşı hesabatverici strukturların yaradılması lazımdır.

Hayns ABŞ Müdafiə Nazirliyinin UNO görüntüləri haqda bunları söyləyib: “Biz onların hər birini müəyyən etdiyimiz müxtəlif kateqoriyalara ayıra bilməyəcəyimizə tam əmin idik, çünki açığını desək, bu barədə heç nə başa düşə bilmədik”.

O, məlumatların toplanmasında texniki infrastrukturun təkmilləşdirilməsinin də lazım olduğunu deyib.

Hayns əlavə edib ki, yaxın 10 ildə bəşəriyyətin kosmosla əlaqələrində böyük sürətlənməni proqnozlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər