20 Noyabr 2021 09:05
28 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qış aylarının ən sərt keçdiyi ölkələrdən biridir. Şimal qonşumuzun bəzi yerlərində hava o həddə soyuyur ki, tökülən qaynar su belə yerə düşməzdən əvvəl havada donur. Paltosuz çölə çıxmağı, hətta küçəyə belə addım atmamağı on dəfə düşündürən bölgədə mini ətək geyindikdə nəticənin nə qədər pis olduğunu təxmin etmək çətin deyil.

Sərt qışın hökm sürdüyü Rusiyadan insanı iliyinə donduracaq maraqlı görüntüləri təqdim edirik.

Yakutsk vilayəti də daxil olmaqla Rusiyanın müxtəlif yerlərində çəkilmiş bu fotolar olduqca maraqlıdır. Bəzi insanların bir müddət soyuğa məruz qalması səbəbindən bədənlərində qalıcı izlər olduğu da görünür.

Mənfi 48 dərəcədə donmuş benzin pompası

Mənfi 40 dərəcədə mini yubka geyinib çölə çıxan qadının ayağı

Kürkə bürünüb, qat-qat geyinərək həyatla davam edən yakutlar

Soyuq kilsəyə girən qadınla gizlicə içəri sivişir

Soyuq havanın daha da sərtləşdiyi saatlar və bunu veclərinə almayan insanlar

Qar altında qalmış ev

Adi bir gün

Sadəcə 15-20 dəqiqə çöldə qalmasına baxmayaraq, qaşları və kirpikləri donan Qruzdeva soyuq havaya öyrəşdiyini deyir

Yakutsk şəhəri dünyanın ən soyuq yeri sayılır, belə ki, burada divarlar belə buz bağlayır

Krestyanski bazarında donmuş balıq parçaları, yəni burada soyuducuya ehtiyac yoxdur


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər