Floridada dünyanın ən ölümcül ağacı kimi tanınan manşinelin yeni növü tapılıb. İçindəki suya görə altında dayanmaq belə ölümcül olan ağacın meyvəsini yeyənlər əzab içində ölürlər. “Ağaca yaxınlaşmayın”, - deyə mütəxəssislər xəbərdarlıq edir.
Teleqraf.com xəbər verir ki, dünyanın ən ölümcül ağacı kimi tanınan və meyvəsi çox zəhərli olan manşinel ağacının yeni növü aşkarlanıb.
Mütəxəssislərin uzaq durmağı tövsiyə etdiyi ağacın meyvəsini yeyənlər qorxunc ağrılar içində can verir.
2011-ci ildə “Ginnesin Rekordlar Kitabı” tərəfindən “dünyanın ən təhlükəli ağacı” adlandırılan bu manşinel indiyədək yalnız ABŞ-ın Florida ştatında və Karib dənizinin bəzi bölgələrində görülüb.
Mütəxəssislər hətta bu ağacın budaqlarından odun kimi istifadənin də təhlükəli ola biləcəyini bildirir və ağacın yerləşdiyi ərazilərə xəbərdarlıq lövhələri quraşdırılıb.
“Ginnesin Rekordlar Kitabın”ın ağac haqda açıqlaması belədir: “Onun altında dayanmaq belə, ölümcül risk yaradır. Yağış yağanda da orada dayanmaq təhlükəlidir. Əgər ağacın şirəsini özünə çəkən yağış damcıları dərinizi islatsa, bu, fəlakət ola bilər. Onu yandırmaq da olmaz, çünki tüstüsü korluğa səbəb ola bilər”.
“Ginnes” həmçinin bildirir: “Onun kiçik yaşıl almaya bənzər meyvəsindən dişləmək şişməyə və ya şiddətli ağrıya səbəb olacaq və ölümcül ola bilər”.
Xalq arasında “çimərlik alması” ağacı kimi tanınan manşinel ciddi tibbi problemlərə səbəb ola bilər. ABŞ-ın Milli Səhiyyə İnstitutu onun südlü şirəsinin dəri ilə təmasda olacağı təqdirdə şişməyə, yanmaya və iltihaba səbəb olacağını açıqlayıb.