2 İyun 2022 23:56
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin “Böyük yürüş-2C” (“Long March-2C) raketdaşıyıcısı ilə orbitə 9 peyk çıxarıb.

Teleqraf.com xəbər verir ki, raketdaşıyıcının buraxılışı Siçuan vilayətindəki Siçanq məntəqəsindən bu gün baş tutub.

Artıq planlaşdırılan orbitə daxil olan “Geely-01” peyk qrupu “ağıllı” əlaqələnmiş nəqliyyat vasitələrinin naviqasiyasının texniki tədqiqatı və yoxlanılması, həmçinin avtomobildə quraşdırılmış qurğular (mobil telefonlar) və peyklərin qarşılıqlı əlaqəsi üçün nəzərdə tutulub. Bundan başqa, peyklər dəniz mühitinin mühafizəsi ilə bağlı ictimai xeyriyyəçilik fəaliyyətini də dəstəkləyəcəklər.

Bu, “Böyük yürüş-2C” seriyasından 422-ci raket buraxılışı olub.


Müəllif: Teleqraf.com