5 Sentyabr 23:46
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ikinci ən hündür göydələni Dubayda tikiləcək.

Teleqraf.com xəbər verir ki, Bürc Xəlifədən alçaq, 679 metrlik Kuala-Lumpurdan hündür olacaq qüllə Bürc Əzizi adlanacaq.

"Azizi Developments" şirkəti tərəfindən inşa edilən tikilinin hündürlüyü 725 metr olacaq. Bina Şeyx Zayed prospektində tikiləcək. Layihə 1.63 milyard dollara başa gələcək və tikinti işlərinin 2027-ci ildə tamamlanması nəzərdə tutulur.

Qüllənin dizaynı düzbucaqlı formalarda hazırlanıb və getdikcə daralır. Binanın fasadı tam şüşə ilə örtüləcək.

Qeyd edək ki, dünyanın ən hündür binası olan 163 mərtəbəli Bürc Xəlifənin hündürlüyü 828 metrdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər