3 Sentyabr 23:58
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "BMW" şirkəti rəngini dəyişən kuzovlu avtomobillərin buraxacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin mühəndisi Stella Klark Avstraliyanın "Drive" nəşrinə müsahibəsində bildirib.

Yeni texnologiya elektron kitabların ekranlarında istifadə olunan "E Ink" mürəkkəbinə əsaslanır. Qeyd olunur ki, avtomobil bir əsas rəngə malik olacaq və düyməni basmaqla bu rəngi dəyişdirmək mümkün olacaq.

Stella Klarkın sözlərinə görə, texnologiyanın konsepsiyası 2020-ci ildə hazırlanıb. "BMW" ilk dəfə CES 2022 sərgisində rəngini dəyişə bilən kuzovlu avtomobilini təqdim edib. Mühəndis bildirib ki, sözügedən texnologiyanın kütləvi istehsala başlaması 2027-ci ilə nəzərdə tutulub.


Müəllif: Arzu

Oxşar xəbərlər