5 Sentyabr 21:11
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bluetooth Special Interest Group” (SIG) yeni “Bluetooth 6” simsiz spesifikasiyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə tərtibatçının saytında məlumat verilib.

Əsas yeni funksiyalardan biri "Bluetooth Channel Sounding"dir. Bu funksiya Phase-Based Ranging və Round-Trip Timing texnologiyalarından istifadə edərək cihazlar arasındakı məsafəni daha dəqiq ölçməyə imkan verəcək. Qeyd edilir ki, bu ənənəvi üsullarla müqayisədə daha yüksək dəqiqlik təmin edir.

Əlavə olaraq, ISOAL yeniləmələri audio ötürülməsində gecikməni azaldacaq və rabitəni daha sabit edəcək.

"Bluetooth 6" həmçinin daha təkmil "Bluetooth LE" imkanları üçün dəstəyi təkmilləşdirib rabitəni daha səmərəli edəcək.

Tərtibatçılar "Bluetooth 6"ın imkanlarını daha da təkmilləşdirmək üçün müntəzəm yeniləmələr vəd edirlər. "Bluetooth 6"nı dəstəkləyən ilk cihazların buraxılış tarixləri açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl şirkət spesifikasiyanı sonuncu dəfə 2016-cı ildə Bluetooth 5-i təqdim edərkən yeniləyib.


Müəllif: Arzu

Oxşar xəbərlər