6 Sentyabr 19:03
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Google" dominant mövqeyindən sui-istifadə edərək öz xidmətlərini tanıtmaqla minlərlə Britaniya tərtibatçısına və reklamçısına zərər verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatı məlumat yayıb.

Şirkət rəqiblərini əlverişsiz vəziyyətə salmaqda və onların bərabər şəraitdə rəqabət aparmasına mane olmaqda ittiham olunur.

Qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyi və Avropa Komissiyası da "Google"un reklam texnologiyası fəaliyyətləri ilə bağlı ayrıca araşdırmalara başlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər