Rusiya məktəblilərinə yeni dərs ilində dərsdə mobil telefondan istifadə etmək qadağan edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.
İndi tələbələrin smartfonu yalnız fövqəladə hallarda sinif yoldaşlarının, müəllimlərinin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda işlətmək hüququ var.
Bu tədbir uşaqların ciddi şəkildə riayət etmələri tələb olunan sinifdə nizam-intizamı artırmaq məqsədi daşıyır.