Manisada zeytun və badam ağaclarına su tapmaq üçün qazma işləri aparan fermer Mustafa Yüksel torpağında neft tapıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl əraziyə gələn Türkiyə Neft Şirkətinin (TPAO) Adıyaman Region Müdirliyi ehtiyat iş üçün quyu qazacaqları yeri müəyyən ediblər. İlk qazma işləri yeni il ərəfəsində aparılacaq.
Qeyd edək ki, mayın 29-da Mustafa Yükselə məxsus zeytun tarlasında yanğın baş verib. Ətrafdakı insanların xəbəri ilə hadisə yerinə xilasetmə və jandarma qrupları gəlib. Yanğınsöndürmə briqadaları otun alovlandığı ərazini söndürsələr də, xam neftlə doldurulmuş çalalar 1,5 saat yandıqdan sonra özbaşına sönüb. Araşdırma aparmaq üçün hadisə yerindən nümunə götürüb.
TPAO-nun götürdüyü nümunə nəticələrinə əsasən, qazma zamanı çıxarılan qara mayenin çox keyfiyyətli neft olduğu müəyyən edilib.
Yüksəl mətbuata açıqlamasında bildirib ki, hazırda məhəllədən torpaq almaq istəyənlərin sayı artıb.
"Mənim tarlamı almaq istəyənlər də oldu. Bir iş adamı 50 milyon dollar təklif etdi. TPAO rəsmiləri ilə işlər bitəndən sonra iş adamı ilə yenidən danışacağıq ki, razılaşaq”.