24 Yanvar 2023 09:05
4 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Svalbard arxipelaqının Longyearbyen şəhərində 3000-ə yaxın insan yaşayır. Coğrafi şəraitin gətirdiyi çətinliklərdən başqa, bu şəhərin sakinləri dünyada misli görünməmiş qaydalara riayət etmək məcburiyyətindədirlər.

Teleqraf.com xəbər verir ki, Norveçin Şimal Buzlu okeanındakı Svalbard arxipelaqı sərt hava şəraitinə görə bir çox insan üçün sirli bir ərazidir.

Dünyada çox az adamın ziyarət etdiyi bu bölgənin hər guşəsi kino kadrlarına bənzəyir. İlin çox hissəsini qar altında keçirən Svalbard bölgəsini dünyanın ən çətin bölgələrindən birinə çevirən təkcə iqlim şəraiti deyil. Svalbardın qərargahı olan Longyearbyendə tətbiq edilən bəzi qaydalar bunu eşidənləri heyrətə gətirir.

1900-cü illərin əvvəllərində Longyearbyendə o dövrdə Skandinaviyanın ən böyük kömür mədənlərindən birinin təməl daşı qoyulub. Mədənin yaxınlığında işçilər üçün qəsəbə də salınıb. 2000-ci illərdə kömür mədəni tamamilə tükənsə də, orada yaşayan insanlar onilliklər ərzində şəhərlərini tərk etmək istəməyib. Lakin sərt hava şəraiti həmişə şəhər üçün əsas problem olub. 120 gün günəşin parlamadığı bu qəsəbədə insanlar yaşamaq, hətta ölmək üçün bəzi qaydalar qoyurlar.

1950-ci illərdə qaydalar daha da sərtləşib. Mədənçilərin yaşadığı Longyearbyen şəhərində ölmək rəsmən qadağandır. Bu qadağa əvvəlcə çox qəribə səslənə bilər. Amma qanunun əsaslandırılması kifayət qədər məntiqlidir. Əslində bu qaydanın qüvvəyə minməsinin səbəbi 1918-1920-ci illər arasında demək olar ki, bütün dünyanı əhatə edən ispan qripi olub.

Bir dövrü məhv edən ölümcül xəstəlik olan İspan qripinə o illərdə Svalbardda yaşayanlar da yoluxmuşdu. Kiçik adada xəstələnən və həyatını itirən insanların cəsədləri yaşayış məntəqələrində basdırılırdı. Lakin qrip təsirini itirəndən illər sonra Svalbardın mərkəzi sayılan Longyearbyen şəhərində yenidən ispan qripi müşahidə olunub.

Səlahiyyətlilərə görə, turistlərin çox olmadığı bu bölgədə təsirini itirmiş virusun yenidən görünməsi mümkün deyildi. Hadisəni təqib edən səlahiyyətlilər, nəhayət problemin mənbəyini tapıblar. Aparılan araşdırmalara görə, çox soyuq və demək olar ki, buzlaqlarla örtülmüş bu bölgədə torpaq altında basdırılan insanların cəsədləri qurumayıb və onların bədənlərindəki viruslar hələ də aktiv şəkildə yaşayır. Bu vəziyyətin şəhər əhalisi üçün böyük təhlükə olduğunu görən səlahiyyətlilər məzarları uzaq ərazilərə köçürüblər.

Həmin gündən adada xəstələnmək və ölmək qadağan edildi. Yaşlılar və ölümcül xəstəliyi olanlar adadan çıxarılmağa başlandı. Buna görə Norveçin cənubuna göndərildi ki, kimsə özünü çox xəstə hiss edərsə, daha yaxşı müalicə olunsun və ya öləcəksə, rahatlıqla dəfn olunsun.

Longyearbyendə təsadüfən həyatını itirənlərin cəsədləri dəfn edilmək üçün kremasiya edilməlidir. Lakin bu kremasiya dövlət icazəsi olmadan həyata keçirilə bilməz.

Longyearbyendə yaşamaq üçün ölümdən sonra ikinci qayda doğumdur. Ölmək doğru olmadığı kimi, doğum da olmaz. Çünki bu qəsəbədə doğuş üçün sağlam mühitin olmaması mümkün fəsadla doğum edən şəxsin ölümünə səbəb ola bilər. Longyearbyendə hamilə qalan qadınlar, xəstə olanlar kimi, Norveçin başqa şəhərlərinə göndərilir və orada doğuş üçün dəstək verilir.

Longyearbyendə doğum və ölüm kimi qadağan edilən başqa bir təəccüblü qadağa, pişiklərin yaşamasına icazə verilməməsidir. Çünki pişiklər qəsəbədəki quşları ovlayaraq onların nəslinin tükənməsinə səbəb olub.


Müəllif: Nemət