29 İyun 2023 11:31
3 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada vulkan püskürməsindən sonra həyatın məhv olduğu qədim Pompey şəhərində pizza şəkli tapılıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, qazıntılar zamanı tapılan Roma freskasındakı təsvirin pizzanın əcdadı olduğu düşünülür.

2000 illik rəsm evin divarındadır. Freskdə müxtəlif meyvələrlə süfrəyə verilən və otlu pendirlə ətirli dəyirmi fokaç çörəyi təsvir edilib.

Pizzanın üzərində pomidor və ya mozzarella yoxdur. Çünki pizza Avropaya 16-cı əsrdə ABŞ-dan gətirilib. Mozzarella da 1700-cü illərdə kəşf edilib.

Pompey eramızdan əvvəl Vezuvi dağının yeridir. 79-cu ildə partlayış zamanı küllər altında basdırılıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər