1 Dekabr 2023 10:47
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsinin fırlanma sürəti tədricən azalır, təxminən 200 milyon il sonra bir günün uzunluğu 25 saat olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın Münxen Texniki Universiteti məlumat yayıb.

Yerin tədricən yavaşladığı çoxdan məlumdur. Dinozavrlar dövründə (200 milyon il əvvəl) gün 23 saat, 1.4 milyard il əvvəl isə 18 saat 41 dəqiqə davam edib.

Münxen Universitetinin tədqiqatçıları Yerin fırlanmasını dəqiq ölçmək və fırlanma sürətindəki dəyişikliyin dinamikasını izləmək üçün uzun müddətdir araşdırma aparırlar.

“Fırlanma dinamikası təkcə astronomiya üçün yox, həm də dəqiq iqlim modelləri yaratmaq və El Nino kimi hava hadisələrini daha yaxşı anlamaq üçün ona təcili ehtiyacımız var. Məlumatlar nə qədər dəqiq olsa, proqnozlar da bir o qədər dəqiqdir”, - tədqiqat layihəsinin rəhbəri Ulrix Şrayb deyib.

Yerin fırlanması “Koriolis effekti” adlanan təsir vasitəsilə iqlimə və havaya birbaşa təsir göstərir. Xüsusən də hava və su kütlələrinin inertial hərəkətinə, bunun birbaşa və dolayı nəticələrinə, siklonlar, küləklər, okean axınları və digər təbii hadisələrə.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər