24 Dekabr 2023 01:24
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın yeni prezidenti Xavyer Miley bayramlar ərəfəsində 2023-cü il yanvarın 1-dən sonra işə götürülən bütün dövlət işçilərini işdən çıxarmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Infocielo” məlumat yayıb.

Nəşr qeyd edir ki, 7 minə yaxın məmur vəzifəsini itirə bilər və 2023-cü il yanvarın 1-dək işləmiş kadrlar yoxlamanı gözləyir.

Prezidentin islahatları dövlət orqanlarına və nəzarət paketi dövlətə məxsus şirkətlərə təsir edəcək. Belə bir tədbirlə Argentinanın yeni hökuməti büdcə xərclərini azaltmağı planlaşdırır.

Bundan əvvəl Maleyin 23 min məmuru işdən çıxardığı məlum olub.


Müəllif: Pərvin Cəfərova