23 Yanvar 23:16
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Bari Şamı qızı Nəbiyevadan gedir.

Teleqraf.com xəbər verir ki, "Bizim.Media" Azərbaycanın ən uzunömürlü sakinini yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlayıb.

Oğlu Fərman Nəbiyev anasının durumunun ağır olduğunu bildirib. Onun sözlərinə görə qadın son bir aydır ki, yatağa düşüb:

“Bir aydır ki, yataq xəstəsidir. Son bir aya kimi özü-özünü idarə edirdi. Amma indi bizlərin ümidinə qalıb. Anam yanımdadır, gəlini və nəvələri ilə birgə yaşayır. Ali təhsili olmayıb, evdar xanım olub və illərlə kolxozda çalışıb. Pensiyaçıdır və təqaüdü 327 manatdır”.

F. Nəbiyev onu da qeyd edib ki, anası sağlamlığı ilə bağlı heç vaxt şikayətlənməyib:

“Üç oğlan və beş qız olmaqla səkkiz övlad olmuşuq. 30-dan çox nəvəsi var. Nəticələrinin sayını dəqiq bilmirəm”.


Müəllif: Teleqraf.com